Azərbaycan · 2 oktyabr 2026

ABŞ İrana bağlı onlarla şirkətə sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi “İqtisadi təcrid” əməliyyatı çərçivəsində İrana dəstək verdikləri iddiası ilə onlarla fiziki və hüquqi şəxsə sanksiyalar tətbiq edib. Paketə İranın avtomobil, dəmir yolu, metallurgiya və maşınqayırma sahələrinin iri müəssisələri daxil edilib.

ABŞ Maliyyə Nazirliyi “İqtisadi təcrid” əməliyyatı çərçivəsində İrana dəstək verdikləri iddia edilən onlarla fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.

Nazirliyin açıqlamasına görə, yeni sanksiyalar paketinə İranın avtomobil, dəmir yolu, metallurgiya və digər sənaye sahələrinin iri müəssisələri daxil edilib.

Məhdudiyyətlərə iki ən böyük avtomobil istehsalçısı — Iran Khodro və SAIPA, eləcə də ölkənin ən böyük motosiklet istehsalçısı Niroo Motor və İndoneziyanın Golden Motorcycle Company daxildir; bəzi BƏƏ və Honkonqda fəaliyyət göstərən avtokomponent istehsalçıları da paketə salınıb.

Siyahıda İranın əsas dəmir yolu şirkətləri — Islamic Republic of Iran Railway Company, Raja Passenger Trains Company və Sherkat-E Rah Ahan-E Khamle-O-Naghle kimi qurumlar da yer alıb.

Bundan əlavə, ABŞ metallurgiya və maşınqayırma sektorlarının böyük şirkətlərinə, o cümlədən Heavy Equipment Production Company (HEPCO) və onun Şanxaydakı törəmə şirkətinə qarşı məhdudiyyətlər tətbiq edib.

Mənbə: Axar.az — Azərbaycan