Azərbaycan · 29 sentyabr 2026

Aİ qaz anbarlarının doluluğu 15 illik minimuma enib

Aİ yeraltı qaz anbarlarının doldurulma səviyyəsi 71.16% ilə 2011‑ci ildən bu yana ən aşağı səviyyəyə enib; anbarlarda təxminən 77.9 milyard kubmetr qaz var. Avropa Komissiyasının tələbinə görə anbarlar hər il 1 oktyabr–1 dekabr aralığında 90% səviyyəsinə çatdırılmalıdır.

Avropa İttifaqının yeraltı qaz anbarlarının doldurulma səviyyəsi hazırda 71.16% təşkil edir və bu, 2011-ci ildən başlayan müşahidələr dövründə həmin tarixə görə ən aşağı göstəricidir.

Bu səviyyə beşillik orta ilə müqayisədə 15.61 faiz bəndi aşağı, ötən ilin eyni dövründə qeydə alınan 82.3%-dən isə 11.14 faiz bəndi azdır.

Hazırda anbarlarda təxminən 77.9 milyard kubmetr qaz saxlanılır; bu, 2025-ci ilin səviyyəsindən 13 milyard kubmetr azdır və 2013-cü ildən bəri ən aşağı hədd sayılır.

Avropa Komissiyasının tələbinə əsasən, üzv ölkələr yeraltı qaz anbarlarının doldurulmasını hər il 1 oktyabr–1 dekabr aralığında 90% səviyyəsinə çatdırmalıdır; çətin şərait yaranarsa, 10% çeviklik mexanizmi nəzərdə tutulub.

2026–2027 payız‑qış mövsümünün başlanğıcına qədər bu tələbə cavab vermək üçün Avropanın yeraltı qaz anbarlarına net olaraq ən azı 68 milyard kubmetr qaz vurulmalıdır; ötən il isə təxminən 55 milyard kubmetr vurulmuşdu.

Xatırlatma olaraq qeyd olunur ki, Azərbaycanın qazının Avropaya Trans‑Adriyatik Kəməri (TAP) vasitəsilə nəqli 31 dekabr 2020‑ci ildə başladı.

Mənbə: APA — Azərbaycan xəbərləri