Dünya · 3 oktyabr 2026

Aİ Ukraynaya maliyyə yardımı üçün sərt şərtlər qoyub

Brüssel Kiyevin bu il üçün əlavə maliyyə yardımına dair müraciətini rədd edib və gələcək köməyin davamı üçün vəd edilmiş islahatların icrasını tələb edir. Kiyev müdafiə ehtiyacını 27 milyard avro qiymətləndirərək 90 milyard avroluq paketdən erkən vəsait xahiş etmişdi.

Brüssel Kiyevin bu il üçün əlavə maliyyə yardımına dair müraciətini rədd edib və gələcək köməyin davamlı olması üçün vəd edilmiş islahatların icra olunmasını tələb edir.

Kiyev müdafiə üçün əlavə ehtiyacını 27 milyard avro olaraq qiymətləndirmiş və Avropa Komissiyasından keçən ilin sonlarında razılaşdırılmış 90 milyard avroluq kredit paketindən vəsaitin vaxtından əvvəl ayrılmasını xahiş etmişdi.

Brüssel isə 2027-ci ilə nəzərdə tutulmuş vəsaitin erkən verilməsini rədd edib; bunun əvəzinə, müəyyən islahatlar həyata keçirilərsə, bu il üçün təxminən 34 milyard avro məbləğində Aİ yardımı əldə edilə biləcəyini bildirib.

Maliyyələşmə şərtləri arasında kiçik paketlərə tətbiq olunan ƏDV azadolmasının ləğvi və rəqəmsal platformalar üçün yeni vergitutma qaydalarının tətbiqi də yer alır.

Aİ-nin mövqeyinə görə, gələcək maliyyə axınlarının davam etməsi üçün Kiyev əvvəlcədən verdiyi islahat vədlərini gerçəkləşdirməlidir.

Mənbə: APA — Azərbaycan xəbərləri