Texnologiya · 4 noyabr 2026
Alimlər insan beyni kimi öyrənən yeni cihaz hazırladı
Alimlər Vürtsburq Universiteti insan beyni kimi öyrənən nanoölçülü cihaz hazırladı və bu texnologiyanın enerji sərfiyyatını azaldacağı bildirilib.
Vürtsburq Universiteti alimləri insan beyni kimi öyrənə və məlumatları emal edə bilən yeni nanoölçülü cihaz təqdim etdilər.
Cihaz, tranzistor, memristor və memkondensator funksiyalarını eyni vaxtda yerinə yetirir və ənənəvi kompüterlərdən fərqli olaraq yaddaş və prosessor olmadan məlumatı saxlayır və emal edir.
Bu texnologiyanın mövcud süni intellekt sistemlərinə nisbətən daha az enerji sərf edəcəyi bildirilib.
Tədqiqatçılar gələcəkdə cihazı ağıllı saatlarda və tibbi cihazlarda tətbiq etməyi planlaşdırır.
Cihaz, qan təzyiqi, ürək döyüntüsü və qanda şəkərin səviyyəsi kimi göstəriciləri əlavə sistemlərə ehtiyac olmadan dərhal təhlil edə bilir.
Mənbə: Lent.az — Azərbaycan