Azərbaycan · 2 oktyabr 2026

Azərbaycan — Litva matçını portuqaliyalı hakimlər idarə edəcək

UEFA-nın rəsmi məlumatına görə, D Liqasının 2-ci qrupunda keçiriləcək Azərbaycan - Litva görüşünü portuqaliyalı hakimlər briqadası idarə edəcək.

UEFA-nın açıqlamasına əsasən, oktyabrın 4-də keçiriləcək Azərbaycan - Litva görüşünü portuqaliyalı hakimlər briqadası idarə edəcək.

D Liqasının 2-ci qrupunun 4-cü tur matçında baş hakim funksiyasını Qustavo Korreya yerinə yetirəcək. Ona meydançada köməklik göstərəcək baş köməkçilər Andre Filipe Noqeyra Dias və Andreya Souza-dır.

Dördüncü hakim kimi Migel Andre Monteyro Fonseka təyin olunub.

Video yardımcı hakimi (VAR) Bruno Esteves olacaq, AVAR funksiyasını isə Ana Klaudiya Silva Ribeyro icra edəcək.

Görüş oktyabrın 4-də 8-ci km qəsəbə stadionunda saat 17:00-da başlanacaq.

Mənbə: Axar.az — Azərbaycan