Cəmiyyət · 17 oktyabr 2026
Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlim-məşq uçuşları keçiriblər
Azərbaycanda təşkil olunan “Şahinlərin Görüşü - 2026” taktiki-uçuş təlimi çərçivəsində növbəti mərhələnin uçuşları icra edilib.
Azərbaycan Respublikasının ərazisində ölkəmizin və Birləşmiş Ərəb Əmirliklərinin hərbçilərinin iştirakı ilə təşkil olunan “Şahinlərin Görüşü - 2026” birgə taktiki-uçuş təlimi davam edir.
Müdafiə Nazirliyindən əldə olunan məlumata görə, aviasiya texnikası və hava hücumundan müdafiə sistemlərinin cəlb olunduğu bu təlimlərin növbəti mərhələsində təlim-məşq uçuşları reallaşdırılıb.
İcra edilən uçuşlar əsnasında hərbi pilotlar mürəkkəb pilotaj hərəkətlərini həyata keçirərək havada koordinasiyanı və döyüş tapşırıqlarının yerinə yetirilməsi bacarıqlarını praktiki şəkildə nümayiş etdiriblər.
Nazirlik qeyd edir ki, hərbi qulluqçular yüksək peşəkarlıq sərgiləyərək təlim prosesində qarşıya qoyulmuş bütün vəzifələri dəqiqliklə tamamlayıblar.
Mənbə: Axar.az — Azərbaycan