Azərbaycan · 27 oktyabr 2026

Azərbaycanlı alim İzmir Konqresində süni intellektin tibdə etik aspektlərini müzakirə edib

Təranə Tağızadə, III Beynəlxalq İzmir Pediatriya Konqresində süni intellektin pediatrik bioetika sahəsindəki rolunu və klinik praktikada ortaya çıxan etik çətinlikləri araşdırdı.

Bakı, 27 oktyabr – Türkiyənin İzmir şəhərində birgə təşkilatçılıqda yeddi universitet tərəfindən təşkil olunmuş III Beynəlxalq İzmir Pediatriya Konqresi zamanı Azərbaycan nümayəndəsi olaraq Təranə Tağızadə iştirak edib.

Konqre əsnasında Tağızadə, “Pediatrik bioetika: klinik praktikada aktual etik çətinliklər və yanaşmalar” mövzusunda məruzə verərək uşaq sağlamlığı sahəsində süni intellektin etik aspektlərinə işıq saldı.

Məruzədə o, klinik qərarların uşaq mənafelərinə uyğunluğunu, elmi sübutların qiymətləndirilməsini və həkimin peşə məsuliyyətini vurğuladı. Həmçinin ailənin qərarvermə prosesində iştirakı və uşaqların hüquqlarının qorunması məsələlərinə də toxundu.

Tağızadə, süni intellektin həkimin fəaliyyətinə təsiri barədə aparılan randomizə edilmiş tədqiqat nəticələrini də qeyd etdi. 50 həkimin iştirakı ilə həyata keçirilən araşdırmada GPT‑4 modelinin diaqnostik təfəkkürün statistik baxımdan əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmadığını bildirdi. Tədqiqatın yazılı klinik hadisələr əsasında aparıldığını və pediatriyaya aid olmadığını vurğuladı.

Gələcək həkimlərin pediatrik bioetika bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə Tağızadə imtahan tapşırıqları və strukturlaşdırılmış klinik imtahan vasitəsilə qiymətləndirmə təklif etdi. O, süni intellektdən istifadə zamanı əldə olunan cavabların, mənbələrin və dərman dozalarının müstəqil yoxlanılmasının vacibliyini qeyd etdi.

Konqre sonunda Tağızadə, klinik qərarların aydın və əsaslandırılmış şəkildə verilməsinin, ehtiyac yarananda vaxtında yenidən nəzərdən keçirilməsinin əhəmiyyətini vurğuladı. Eyni zamanda, kompleks halların müzakirəsi üçün pilot tətbiqin başlanması və Türk dünyası ölkələri arasında ortaq tədris materiallarının hazırlanması təşəbbüslərini irəli sürdü.

Mənbə: AZƏRTAC — Azərbaycan