Cəmiyyət · 11 oktyabr 2026
Bakı-Qazax yolunda minik maşınının vurduğu piyada həyatını itirib
Bakı-Qazax magistral yolunun Hacıqabul rayonundan keçən hissəsində avtomobilin vurduğu 52 yaşlı piyada xəstəxanada vəfat edib.
Bakı-Qazax magistral yolunun 111-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza zamanı hərəkətdə olan minik avtomobili yerli sakin, 1974-cü il təvəllüdlü Asəf Yusif oğlu Cəfərovu vurub.
Hadisə nəticəsində ağır dərəcəli bədən xəsarətləri alan piyada dərhal tibb müəssisəsinə çatdırılıb. O, politravma və travmatik şok vəziyyətində Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin göstərdiyi tibbi yardıma və səylərə baxmayaraq, xəsarətləri ağır olan şəxsin həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib.
Baş verən ölümlü yol qəzası ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilir.
Mənbə: Lent.az — Azərbaycan