Cəmiyyət · 9 oktyabr 2026

Bakıda qol saatına görə qohumunu bıçaqlayan şəxsə şərti cəza təyin edilib

Bakı Ağır Cinayətlər Məhkəməsi qohumuna bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Azad Əliyev barəsində hökm çıxarıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qohumuna kəsici alətlə xəsarət yetirməkdə təqsirləndirilən Azad Əliyevin məhkəmə prosesi başa çatıb. Hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə dair yekun qərar elan olunub.

Məhkəmə tərkibinin çıxardığı hökmə əsasən, Azad Əliyevə 2 il sınaq müddəti təyin edilməklə 3 il şərti cəza verilib. Qeyd olunub ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.

Cinayət hadisəsi bu il yanvarın 15-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində qeydə alınıb. İnsidentə A.Əliyevin Röyal Mustafayevdən müvəqqəti istifadə üçün götürdüyü qol saatını geri verməməsi səbəb olub.

Təqsirləndirilən şəxs zərərçəkənin qohumları ilə qaldığı evin yaxınlığına gələrək onu həyətə çağırıb və aralarında mübahisə düşüb. Qarşıdurma əsnasında A.Əliyev cibindəki bıçaqla R.Mustafayevin böyrək nahiyəsinə iki zərbə endirərək onun sağlamlığına ağır zərər vurub.

Hadisədən sonra başlanmış cinayət işi çərçivəsində A.Əliyevə qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri tətbiq edilibmiş.

Mənbə: Lent.az — Azərbaycan