Azərbaycan · 2 oktyabr 2026

BƏƏ-nin “Flydubai”si Təl-Əvivə uçuşları dayandırdı

“Flydubai” şirkəti Təl-Əvivə uçuşları ikinci bildirişədək dayandırıb; şirkət bu qərarı səlahiyyətli qurumların tələbi ilə verdiyini bildirib. Eyni gündə şirkətə məxsus təyyarədə qaçırılma şübhəsi və pilotlar arasında dava qeydə alınıb.

Birləşmiş Ərəb Əmirliklərinin “Flydubai” aviaşirkəti Təl-Əvivə planlaşdırılmış uçuşları ikinci bildirişədək dayandırıb, bunu şirkətin baş direktoru Qays əl-Qays açıqlayıb.

Əl-Qaysın bildirdiyinə görə, uçuşların dayandırılması səlahiyyətli qurumların tələbi ilə həyata keçirilib.

Eyni gündə BƏƏ-dən Təl-Əvivə uçan “Flydubai” təyyarəsi qaçırılma şübhəsi ilə təcili siqnal verib; daha sonra məlum olub ki, təyyarədə pilotlar arasında dava baş verib.

Təyyarə buna baxmayaraq təhlükəsiz eniş edib.

İsrailin Baş naziri Benyamin Netanyahu isə “Flydubai” təyyarəsində həmkarına bıçaqla hücum edən ikinci pilotu zərərsizləşdirən israilli sərnişinlə görüşüb.

Mənbə: Axar.az — Azərbaycan