Dünya · 12 oktyabr 2026

Braziliyada "Meta" şirkəti seçki prosesinə müdaxilə etməkdə təqsirləndirilir

Braziliya prezidenti Lula da Silvanın seçki komandası sosial şəbəkələrdə məhdudiyyətlər qoymaqda ittiham etdiyi "Meta" şirkətinə qarşı iddia qaldırıb.

Braziliya prezidenti Lula da Silvanın seçki qərargahı Mark Zukerberqin rəhbərlik etdiyi "Meta" korporasiyasını ölkədəki seçki prosesinə təsir göstərməkdə günahlandırıb.

İddialara əsasən, şirkət öz platformalarında müəyyən məhdudiyyətlər tətbiq etməklə seçki mühitinə birbaşa müdaxilə edib.

Prezidentin seçki komandası tərəfindən irəli sürülən bu narazılıq artıq məhkəmə müstəvisinə daşınıb.

Məhkəmə instansiyası yaranmış vəziyyətlə bağlı tələb irəli sürərək, "Meta" şirkətinə rəsmi izahat təqdim etməsi üçün 48 saatlıq müddət təyin edib.

Mənbə: Oxu.az — Azərbaycan