Mədəniyyət · 11 oktyabr 2026
Cennifer Lopes və Kit Urbanın gizli görüşdüyü iddia edilir
Xarici mediada yayılan iddialara əsasən, Ben Afflekdən ayrılan Cennifer Lopes məşhur kantri ifaçısı Kit Urbanla yaxınlaşaraq gizli görüşməyə başlayıb.
Amerikalı müğənni və aktrisa Cennifer Lopesin şəxsi həyatı ilə bağlı yeni məlumatlar yayılıb. Xarici KİV-ə istinadən verilən xəbərlərdə sənətçinin Ben Afflekdən boşandıqdan sonra Nikol Kidmanın keçmiş əri, tanınmış kantri ifaçısı Kit Urbanla münasibət qurduğu iddia olunur.
Bildirilir ki, Lopes və Urban arasında səmimi ünsiyyət yaranıb. Hər iki məşhur sima bir-birinin əhatəsində rahatlıq tapır, qarşılaşdıqları çətinlikləri və şəxsi problemlərini bölüşürlər. Bununla yanaşı, hər ikisi özəl həyatlarını ictimaiyyətdən gizli saxlamaq prinsipinə sadiq qalmağa çalışırlar.
İki sənətçinin tanışlığı uzun illər əvvələ təsadüf edir. Onlar ilk dəfə 2014-cü ildə "American Idol" musiqi layihəsinin 13-cü mövsümündə münsif qismində fəaliyyət göstərərkən dostlaşıblar. Həmin ərəfədə aralarındakı rəğbət hissi diqqət çəksə də, tərəflərin digər münasibətləri olduğundan bu yaxınlıq romantik əlaqəyə çevrilməmişdi.
Sonradan hər iki ifaçının şəxsi həyatında ayrılıqların baş verməsi onların yenidən bir araya gəlməsinə zəmin yaradıb. Mənbələr onların tez-tez eyni şəhərdə olduqlarını və geniş imkanları sayəsində gizli görüşlər təşkil etməkdə çətinlik çəkmədiklərini vurğulayır.
Mənbə: Lent.az — Azərbaycan