Texnologiya · 15 oktyabr 2026

Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlanıb

İrlandiyanın Maynoos Universitetində DNT zəncirlərindən istifadə edilən ilk elektrik enerjisiz kompüter hazırlanıb.

İrlandiyanın Maynoos Universitetinin alimləri elektrik enerjisinə ehtiyac duymadan riyazi hesablamalar apara bilən bir sistem üzərində işlər aparır. Bu sistemdə ənənəvi silikon çiplərin yerinə DNA zəncirləri istifadə olunur.

DNT əsaslı kompüter su, duz və xüsusi DNA fraqmentlərinin mövcud olduğu maye mühitdə fəaliyyət göstərir. Qarışığın istiliklə qızdırılması və sonrasında soyudulması prosesi, DNA zəncirlərinin qarşılıqlı təsirini təmin edir və hesablamaların aparılmasına şərait yaradır.

Sınaq mərhələsində bu sistem 25 müxtəlif riyazi əməliyyatda uğurlu nəticə əldə etmişdir. Alimlər sistemin gələcəkdə məlumatların saxlanması, tibbi araşdırmalar və canlı hüceyrələrdə xəstəliklərin aşkarlanması sahəsində geniş tətbiq imkanlarına malik olduğunu vurğulayırlar.

Müəlliflərin iddialarına görə, bu yanaşma elektrik enerjisinə bağlılıqdan qurtulmuş yeni nəsil kompüterlərin inkişafına yol açacaq. Sistem hələ ilkin sınaq mərhələsində olduğu üçün, praktiki tətbiq sahələri və effektivliyi barədə daha geniş araşdırmaların gərək olduğu bildirilir.

Bu yenilik, biotexnologiya və kompüter elmləri sahəsindəki qarşılıqlı əlaqəni möhkəmləndirərək, yeni hesablama metodlarının inkişafına təkan verə bilər. İrlandiyalı alimlər bu texnologiyanın daha da inkişaf etdirilməsini hədəfləyərək, gələcək tədqiqatlar üçün əlavə resurslar ayırmağa hazırdır.

Mənbə: Lent.az — Azərbaycan