İdman · 19 oktyabr 2026

İngiltərə Premyer Liqasında 51 metrdən qol vurulub

“Brayton”un yarımmüdafiəçisi Dieqo Qomes İngiltərə Premyer Liqasında son illərin ən uzaq məsafəli qoluna imza atıb.

İngiltərə Premyer Liqasında son illərin ən uzun məsafəli qolu qeydə alınıb. Bu barədə statistik məlumatları “Opta” təqdim edib.

Fərqlənən futbolçu “Brayton” komandasının paraqvaylı yarımmüdafiəçisi Dieqo Qomes olub. Oyunçu 2017-ci ildən bu yana qeydə alınan ən uzaq məsafəli qolun müəllifinə çevrilib.

Sözügedən qol qarşılaşmanın yeddinci dəqiqəsində vurulub. Qomes topu rəqib qapısına 51 metr məsafədən göndərməyi bacarıb.

Matç “Brayton”un böyükhesablı qələbəsi ilə başa çatıb. Komanda “Kristal Pelas” klubunu 5:0 hesabı ilə məğlub edib.

Məlumat üçün əlavə edilib ki, buna bənzər göstərici 2017-ci ilin noyabrında Ueyn Runiyə məxsus olub. O vaxt “Everton” formasını geyinən hücumçu “Vest Hem” ilə oyunda 58 metr məsafədən fərqlənmişdi.

Mənbə: Axar.az — Azərbaycan