Azərbaycan · 9 oktyabr 2026
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın nümayəndələri Şuşaya səfər ediblər
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində təşkil edilən IV Beynəlxalq Konfransın iştirakçıları Şuşa şəhərini ziyarət ediblər.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən təşkil olunan "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçıları Şuşa şəhərinə səfər ediblər.
Səfər çərçivəsində beynəlxalq tədbirin iştirakçıları ilk olaraq Şuşadakı yaşayış kompleksinə baş çəkiblər.
Qonaqlar uzunmüddətli fasilədən sonra doğma yurdlarına qayıtmış yerli sakinlərlə görüşərək onlarla həmsöhbət olublar.
Nümayəndə heyətinin səfər proqramına həmçinin Şuşanın gəzməli yerlərini görmək və tarixi məkanları ilə yaxından tanış olmaq daxildir.
Mənbə: Axar.az — Azərbaycan