Mədəniyyət · 18 oktyabr 2026
Kristofer Nolanın "Odisseya" filmində yer alan ulduzların sərvətləri açıqlanıb
Rejissor Kristofer Nolanın büdcəsi 250 milyon dollar olan yeni "Odisseya" filmində çıxış edən aktyorların maliyyə vəziyyətləri və xalis sərvətləri diqqət çəkib.
Rejissor Kristofer Nolanın Homerin qədim yunan dastanına əsaslanan və Troya müharibəsindən sonra Odisseyin Penelopaya qayıtmağından bəhs edən yeni "Odisseya" ekran əsəri ulduz heyəti ilə gündəmə gəlib. Tamamilə 70 mm IMAX kameraları ilə lentə alınan və təxminən 250 milyon dollarlıq xərclə rejissorun karyerasındakı ən bahalı layihə sayılan filmdə yer alan aktyorların sərvətləri xarici media tərəfindən açıqlanıb.
Aktyorlar arasında ən böyük kapitala sahib sima ilahə Kalipso rolunu ifa edən Şarliz Terondur. Sərvəti təxminən 200 milyon dollar dəyərində olan aktrisa prodüser fəaliyyətindən, Dior ilə tərəfdaşlıqdan və tək bir roldan təxminən 10 milyon dollara qədər gəlir qazanır. Baş qəhrəman Odisseyi canlandıran Mett Deymon isə 170 milyon dollarlıq kapitalı ilə ikinci yerdədir. Onun çəkildiyi 70-dən çox film qlobal miqyasda 10 milyard dollaradək gəlir toplayıb və aktyor əlavə olaraq "Artists Equity" şirkətindən də qazanc götürür.
Ekran işində yer alan digər aparıcı simalardan Robert Pattinsonun sərvəti təxminən 90 milyon dollar məbləğində ölçülür. Böyük layihələrdən 40 milyon dollara qədər qonorar qazanan aktyor çəkilişlərin mürəkkəb qrafik və fasiləsiz səyahətlər səbəbindən karyerasının ən çətin dövrlərindən biri olduğunu bildirib. Penelopa obrazını canlandıran Enn Qeteve və Demodok rolundakı reper Trevis Skottun hər birinin isə 80 milyon dollarlıq maliyyə vəsaiti mövcuddur.
Filmin digər ulduzları arasında da zənginliyi ilə seçilən adlar yer alır. Zendayanın varidatı 40 milyon dollar, Marvel layihələrindən tanıdığımız Tom Hollandın sərvəti 25 milyon dollar, Lupita Nionqonun isə 10 milyon dollar təşkil edir. Siyahıda həmçinin Elliot Peyc 8 milyon dollar, Mia Qot isə 4 milyon dollar dəyərindəki sərvətləri ilə qərarlaşıblar.
Mənbə: Lent.az — Azərbaycan