Mədəniyyət · 17 oktyabr 2026

Model Fatoş Seğmen qızını itirdi

Türkiyəli model Fatoş Seğmen həyat yoldaşının ardınca qızı Alyanın da vəfat etdiyini açıqlayıb.

2004-cü il "Miss Turkey" yarışmasının ikincisi olan tanınmış model Fatoş Seğmen ailəsində baş verən növbəti ağır itki ilə sarsılıb. Məlumata görə, modelin qızı Alya dünyasını dəyişib.

Fatoş Seğmen övladının vəfat xəbərini sosial şəbəkə vasitəsilə ictimaiyyətə çatdırıb. O, paylaşımında analıq duyğusunun həyatındakı ən gözəl hiss olduğunu qızının sayəsində anladığını vurğulayıb.

Kədərini bölüşən model qızına olan sevgisini ifadə edərək, onun xatirəsinin daim qəlbində yaşayacağını və məkanının cənnət olmasını arzuladığını qeyd edib.

Bildirilir ki, Seğmen qısa müddət əvvəl digər ailə üzvünü də itirmişdi. Modelin həyat yoldaşı və dünyasını dəyişən Alyanın atası Bülənd Ərdoğan 2025-ci il avqustun 31-də vəfat etmişdi.

Mənbə: Axar.az — Azərbaycan