Mədəniyyət · 11 oktyabr 2026

Murad Boz toy mərasimində iştirak etmək üçün Bakıya səfər edib

Türkiyəli müğənni Murad Boz paytaxt Bakıya gələrək yerli hotellərdən birinin sahibinin övladının toy mərasimində səhnə alacaq.

Türkiyənin tanınmış pop ifaçısı Murad Boz Azərbaycanın paytaxtı Bakıya gəlib. Bu barədə məlumat Musavat.com-a istinadən yayılıb.

Sənətçinin Bakıya gəlməzdən əvvəl Türkmənistanda konsert proqramı ilə çıxış etdiyi bildirilir. O, oradakı tədbirdən dərhal sonra xüsusi təyyarə reysi ilə paytaxtımıza yola düşüb.

Türkiyəli müğənninin bu səfəri ilə bağlı rəsmi sosial media hesablarında hər hansı məlumat və ya paylaşım yer almayıb. Səfərin əsas məqsədinin isə paytaxtda təşkil olunan dəbdəbəli bir toy mərasimində iştirak etmək olduğu diqqətə çatdırılır.

Yayılan məlumatlara görə, Murad Boz Bakıda fəaliyyət göstərən “Badamdar” hotelinin rəhbərinin oğlunun toy şənliyində çıxış etmək üçün dəvət olunub.

Mənbə: Axar.az — Azərbaycan