Dünya · 19 oktyabr 2026

Qərbdə fəaliyyət göstərən rusiyalı kəşfiyyatçıların itkin düşdüyü bildirilir

Rusiya kəşfiyyat orqanlarının Qərb dövlətlərində çalışan çoxsaylı əməkdaşının əlaqəni kəsdiyi və bunun təşviş yaratdığı iddia edilir.

Rusiya kəşfiyyat orqanlarının Qərb ölkələrində fəaliyyət aparan əməkdaşlarının tez-tez yoxa çıxması barədə məlumatlar yayılıb. Bu barədə Rusiyaya məxsus "Kremlyovskaya Tabakerka" Teleqram kanalı öz mənbələrinə əsaslanaraq xəbər paylaşıb.

Yayılan məlumata görə, cari ilin əvvəlindən etibarən Qərbdəki Rusiya xüsusi xidmət orqanları ilə çalışan azı 20 agentlə əlaqə yaratmaq mümkün olmayıb. Bu halın kəşfiyyat dairələrində ciddi narahatlıq və təlaş doğurduğu diqqətə çatdırılır.

Mənbə bildirir ki, agentlərin uzun müddət əlaqə saxlamaması və ya ifşa edilərək saxlanılması ehtimalı olsa da, indiki durum adi hallardan tamamilə fərqlənir. Normal şəraitdə aşkar edilən şəxslər adətən ölkədən çıxarılmaq və ya gələcəkdə dəyişdirilmək məqsədilə həbs edilir.

Məlumatda həmçinin vurğulanır ki, xüsusi hərbi əməliyyatın başlanmasından sonra gərginliklə yanaşı kəşfiyyatçıların sayı da artıb. Lakin indiyədək agentlərin bu miqyasda və kütləvi şəkildə itkin düşməsi halının heç vaxt qeydə alınmadığı iddia olunur.

Mənbə: Axar.az — Azərbaycan