İdman · 19 oktyabr 2026
“Sabah” – “Borussiya” qarşılaşmasına 56 mindən çox bilet satılıb
UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək “Sabah” – “Borussiya” matçına satılan biletlərin sayı 56 minə çatıb.
UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində təşkil olunacaq “Sabah” – “Borussiya” (Dortmund) qarşılaşmasına azarkeşlərin marağı ilə bağlı son göstəricilər bəlli olub.
Bakı təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, paket şəklində satılanlar da nəzərə alınmaqla indiyədək sözügedən oyun üçün 56 000 bilet alınıb.
Bununla yanaşı, Almaniya təmsilçisini dəstəkləmək məqsədilə Dortmund klubunun azarkeşlərinə ümumilikdə 1 715 biletin satıldığı qeyd edilir.
Paytaxt klubunun rəqibini qəbul edəcəyi bu görüş oktyabrın 20-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq və qarşılaşmanın start fiti saat 20:45-də səslənəcək.
Mənbə: Axar.az — Azərbaycan