Mədəniyyət · 11 oktyabr 2026
Şair və tərcüməçi Ayaz Vəfalı 89 yaşında vəfat edib
Tanınmış şair, tərcüməçi və "Ədəbiyyat qəzeti"nin sabiq baş redaktoru Ayaz Vəfalı 89 yaşında dünyasını dəyişib.
Tanınmış şair, tərcüməçi və "Ədəbiyyat qəzeti"nin sabiq baş redaktoru Ayaz Vəfalı 89 yaşında vəfat edib. Bu barədə məlumatı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kulturoloq Aydın Xan açıqlayıb.
Mərhum qələm sahibi 1937-ci il aprelin 1-də Cəlilabad rayonunun Sabirabad kəndində dünyaya göz açıb. O, orta təhsilini başa vurduqdan sonra 1954–1959-cu illərdə ADU-nun Filologiya fakültəsində ali təhsil alıb.
Ayaz Vəfalı əmək fəaliyyətinə "Ədəbiyyat və incəsənət" qəzetində start verib. Mütəxəssis 1960–1976-cı illərdə sözügedən nəşrdə texniki katib, ədəbi işçi, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri və baş redaktorun müavini kimi müxtəlif vəzifələrdə çalışıb.
Daha sonra 1976–1977-ci illər aralığında "Ulduz" jurnalında ədəbi işçi işləyən yazıçı yenidən "Ədəbiyyat və incəsənət" qəzetinə qayıdıb. O, burada şöbə müdiri, məsul katib və baş redaktorun müavini vəzifələrini yerinə yetirib.
Ayaz Vəfalı uzun illər boyu mətbuat sahəsində rəhbər vəzifə tutaraq 1996-cı ildən 2014-cü ilə qədər "Ədəbiyyat qəzeti"nin baş redaktoru kimi fəaliyyət göstərib.
Mənbə: Axar.az — Azərbaycan