Cəmiyyət · 18 oktyabr 2026
Salyanda ağır yol qəzasında bir nəfər həyatını itirib
Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndindən keçən hissəsində minik avtomobilinin aşması nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.
Salyan rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə səhər radələrində Ələt-Astara magistral yolunun Şorsulu kəndi yaxınlığındakı hissəsində baş verib.
Masallı rayon sakini, 1979-cu il təvəllüdlü Nicat Şahbala oğlu Nəcəfovun idarə etdiyi "Mersedes" markalı minik maşını sükan arxasında idarəetmənin itirilməsi səbəbindən yoldan çıxaraq kənara aşıb.
Qəza zamanı nəqliyyat vasitəsində olan sərnişinlər – Masallı sakinləri, 1957-ci il təvəllüdlü Əzəmət Əkbərova və 1970-ci il təvəllüdlü Müşfiq Mikayılov müxtəlif dərəcəli xəsarətlər alıblar. Hər iki yaralı təcili olaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin göstərdiyi bütün tibbi yardımlara və səylərə baxmayaraq, xəsarət alanlardan Müşfiq Mikayılovun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada vəfat edib.
Baş verən ölümlü yol qəzası ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma işləri davam etdirilir.
Mənbə: Axar.az — Azərbaycan