Texnologiya · 17 oktyabr 2026
“Samsung”un 2027-ci ildə altı yeni qatlanan model çıxaracağı bildirilir
Yayılan iddialara əsasən, “Samsung” 2027-ci ildə qatlanan və genişlənən ekranlı altı fərqli smartfon modelini nümayiş etdirməyə hazırlaşır.
Cənubi Koreya texnologiya nəhəngi “Samsung”un 2027-ci il üçün qatlanan və ekranı genişlənən altı yeni smartfon modeli hazırladığı iddia edilir.
Sızdırılan ilkin məlumatlara görə, təqdim olunacaq cihazlar sırasına “Galaxy Z Fold 9 Pro” modeli və ekran hissəsi sürüşərək açılan “Galaxy Z Slide” qurğusu daxildir.
Bununla yanaşı, istehsalçının portfelində “Galaxy Z Flip 9”, standart “Galaxy Z Fold 9”, həmçinin “Z Fold 9 Ultra” və “Z TriFold 2” modellərinin də yer alacağı irəli sürülür.
Gözləntilərə əsasən, gələcək cihazların texniki təkmilləşdirmələri çərçivəsində batareya ömrünün uzadılması, eləcə də korpus qalınlığının və ümumi çəkinin azaldılması nəzərdə tutulur.
Mənbə: Lent.az — Azərbaycan