Cəmiyyət · 12 oktyabr 2026

Şəhid leytenant Erkin Hüseynovun doğum günüdür

Vətən müharibəsi şəhidi leytenant Erkin Hüseynovun bu gün doğum günüdür. Ailənin yeganə övladı olan zabit Kəlbəcərdə düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb.

Bu gün Vətən Müharibəsi şəhidi leytenant Erkin Ədalət oğlu Hüseynovun anadan olduğu gündür. Hərb sahəsinə uşaqlıq illərindən xüsusi maraq göstərən Erkin, ailənin yeganə övladı olub.

Erkin Hüseynov 12 oktyabr 1998-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. Orta təhsilini Gəncədə yerləşən 17 nömrəli tam orta məktəbdə aldıqdan sonra, 2016-cı ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinə qəbul olub və 2020-ci ildə ali təhsilini tamamlayıb.

O, 2021-ci ilin payızında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunan ehtiyat zabit hazırlığı kursunu uğurla bitirərək leytenant rütbəsinə layiq görülüb. Daha sonra, 2022-ci ilin may-iyul aylarında Komando Dağ Təlim Mərkəzində müvafiq hazırlıq kursunu başa vurub və döş nişanı ilə təltif edilib.

Leytenant Erkin Hüseynov 12 sentyabr 2022-ci il tarixində Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Göstərdiyi igidliyə görə o, Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Şücaətə görə" medalları və III dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Mənbə: Lent.az — Azərbaycan