Cəmiyyət · 19 oktyabr 2026
Şəmkirdə əsgərin ölümü ilə əlaqədar DSX-nin iki hərbçisi həbs olunub
Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu barəsində həbs qətimkan tədbiri seçilib.
Şəmkir rayonunda xidmət edən əsgər Orxan Şabanovun vəfat etməsi faktı üzrə hüquq-mühafizə orqanları tərəfindən zəruri tədbirlər görülüb.
Məlumata görə, baş vermiş hadisədə Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusunun əli olduğu müəyyənləşdirilərək onlar şübhəli şəxs qismində saxlanılıb.
Saxlanılan hərbi qulluqçular dərhal istintaq orqanına təhvil verilib və araşdırmalara cəlb olunublar.
Faktla əlaqədar başlanmış cinayət işi çərçivəsində məhkəmə tərəfindən həmin iki şəxs barəsində həbs qətimkan tədbiri tətbiq edilib.
İstintaq qrupu tərəfindən hadisənin bütün təfərrüatlarının üzə çıxarılması istiqamətində araşdırmalar davam etdirilir.
Mənbə: Axar.az — Azərbaycan