Texnologiya · 17 oktyabr 2026

“Toyota” modellərində yeni proqram platforması tətbiq olunacaq

“Toyota” şirkəti 2030-cu ilə qədər hər il milyonlarla yeni avtomobilində “Arene” proqram təminatı platformasından istifadə etməyi nəzərdə tutur.

Avtomobil istehsalçısı “Toyota” öz nəqliyyat vasitələrində yeni texnoloji həllin tətbiqinə hazırlaşır. Şirkətin 50 modelində yeni proqram platformasından istifadə olunması nəzərdə tutulub.

Planlara əsasən, “Arene” adlanan bu platforma 2030-cu ilədək hər il 10 milyon yeni avtomobildə tətbiq ediləcək.

Yeni sistem nəqliyyat vasitələrinin proqram təminatının birbaşa internet üzərindən yenilənməsinə şərait yaradacaq. Eyni zamanda, bu texnologiya təhlükəsizlik sistemlərinin və sürücüyə kömək edən funksiyaların daha da təkmilləşdirilməsinə xidmət edəcək.

Proseslərin məsafədən həyata keçirilməsi istifadəçilər üçün əlavə rahatlıq yaradacaq. Belə ki, bu yanaşma sayəsində bəzi yenilikləri quraşdırmaq məqsədilə avtomobillərin servis mərkəzlərinə aparılması zərurəti azala bilər.

Mənbə: Lent.az — Azərbaycan