Siyasət · 18 oktyabr 2026

Türkiyə Rusiya dizelinin bir hissəsini alacaq: Alparslan Bayraqdardan açıqlama

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar ABŞ və Rusiya arasındakı razılaşma çərçivəsində ölkəsinin Rusiya dizel yanacağının bir qismini tədarük edəcəyini bildirib.

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar ABŞ Prezidenti Donald Trampla əldə edilmiş razılaşmaya əsasən, Rusiyanın qlobal bazara çıxardığı dizel yanacağının müəyyən hissəsinin Türkiyə tərəfindən alınacağını bəyan edib.

Nazir Vaşinqtonla Moskva arasında dizel tədarükü üzrə əldə olunan bu razılaşmanın rəsmi Ankaranın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malik olduğunu vurğulayıb.

Alparslan Bayraqdar qeyd edib ki, Türkiyə enerji tələbatını ödəmək məqsədilə qismən Rusiya ilə yanaşı, Azərbaycan, İran və digər dövlətlərə də arxalanır. Eyni zamanda, rəsmi Ankara ABŞ və başqa tərəfdaşlarla imzaladığı müqavilələr sayəsində enerji mənbələrini şaxələndirmə siyasəti yürüdür.

Türkiyəli nazir son aylarda Rusiyanın ixrac məhdudiyyətləri tətbiq etdiyini xatırladaraq, hazırda Donald Trampla dizel yanacağı üzrə yeni razılığın əldə olunduğunu bildirib. Aparılan danışıqlar nəticəsində həmin yanacağın bir qisminin Türkiyəyə yönləndiriləcəyi diqqətə çatdırılıb.

Mənbə: Axar.az — Azərbaycan