Mədəniyyət · 19 oktyabr 2026

Türkiyəli aktrisa Buçe Buse Kahraman Bakıda toy məclisinə qatılıb

“Yalı çapkını” serialı ilə tanınan türkiyəli aktrisa Buçe Buse Kahraman Bakıda toyların birində iştirak edərək sosial şəbəkədə paylaşım edib.

Türkiyənin tanınmış aktrisalarından olan Buçe Buse Kahraman Azərbaycana səfər edib. Sənətçinin paytaxt Bakıya gəlişi yerli mediada işıqlandırılıb.

Məlumata görə, aktrisa Bakıda təşkil olunan toy mərasimlərindən birinə qatılıb. O, şadlıq məclisində qonaq qismində yer alıb.

Buçe Buse Kahraman mərasim zamanı lentə alınan görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Aktrisa çəkdirdiyi fotolara Azərbaycan dilində "Təki toy olsun" şərhini əlavə edib.

Qeyd edək ki, sənətçi tamaşaçılara məşhur "Yalı çapkını" televiziya serialında ifa etdiyi Pelin xarakteri vasitəsilə yaxından tanışdır.

Mənbə: Axar.az — Azərbaycan