Azərbaycan · 1 oktyabr 2026

Türkiyənin Ali Təhsil Şurası sədri Erol Özvar Bakıya gəlib

Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti rəsmi səfər çərçivəsində Türkiyə–Azərbaycan Universitetini ziyarət edib və laboratoriyalarla tanış olub.

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti rəsmi səfər çərçivəsində Azərbaycana gələrək Türkiyə–Azərbaycan Universitetini ziyarət edib.

Axar.az-a universitetdən verilən məlumata görə, qonaqlar universitetin qida texnologiyası, qida kimyası, mikrobiologiya və kimya laboratoriyaları ilə tanış olublar.

Ziyarət zamanı nümayəndə heyətinə müasir tədris və elmi mühitin formalaşdırılması istiqamətində həyata keçirilən işlər barədə məlumat verilib.

Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli ilə birgə Ali Təhsil Şurasının sədri Erol Özvar universitet auditoriyalarında tədris prosesini izləyib.

Həsən Həsənli və Erol Özvar tələbələr və müəllim heyəti ilə görüşərək onlarla söhbət ediblər.

Mənbə: Axar.az — Azərbaycan