Dünya · 18 oktyabr 2026
Vladimir Zelenski Donald Trampın nümayəndələri ilə müzakirələr aparıb
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın komandasını təmsil edən Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar keçirib.
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner ilə danışıqlar aparıb. Ukrayna lideri bu barədə özünün rəsmi Teleqram kanalı vasitəsilə ictimaiyyətə məlumat verib.
Prezidentin açıqlamasına görə, tərəflər daha əvvəl Floridada Ukrayna ilə ABŞ heyətləri arasında baş tutmuş görüşün yekunlarını təhlil ediblər. Eyni zamanda, danışıqlar zamanı diplomatik prosesin növbəti mərhələləri ətrafında fikir mübadiləsi aparılıb.
Zelenski hər iki tərəfin nümayəndələrinin daimi təmasda olduğunu vurğulayıb. O qeyd edib ki, hazırda diplomatik istiqamətdə atılacaq yeni addımların hazırlıq işləri davam etdirilir.
Ukrayna lideri həmçinin tərəfdaşlarına cəbhədəki cari durumla bağlı mütəmadi məlumat ötürüldüyünü diqqətə çatdırıb. Onun sözlərinə görə, qarşı tərəfə Rusiyanın davam edən hücumları və Ukraynanın hava hücumundan müdafiə sahəsindəki real vəziyyəti çatdırılır.
Mənbə: Axar.az — Azərbaycan