Cəmiyyət · 4 oktyabr 2026
Zaqatala dağlarına qar yağdı
Oktyabrın 1-dən şimal-qərbdə qeyri-sabit hava hökm sürür; Zaqatala rayonunun yüksək dağlıq hissələrinə, o cümlədən Əlibəyliyə qar düşüb.
Oktyabrın 1-dən başlayaraq ölkənin şimal-qərbinin yüksək dağlıq zonalarında qeyri-sabit hava şəraiti müşahidə olunur.
Fasilələrlə leysan və intensiv yağışlar qeydə alınıb, nəticədə çaylarda suyun səviyyəsi kəskin artıb.
Vəziyyət xüsusilə Zaqatala rayonunda daha aydın görünür: Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala ərazisindən keçən hissələrində, o cümlədən Əlibəyli və digər yüksək dağlıq zonalarda qar yağıb.
Havanın temperaturu düzənliklərdə +10 dərəcəyədək qalxsa da, yüksək dağlıq ərazilərdə termometrlər 0 dərəcədən aşağı göstəriş verib. Məlumat Lent.az və reportyor Vüqar Heydərovun xəbərinə əsasən verilib.
Mənbə: Lent.az — Azərbaycan