Cəmiyyət · 24 oktyabr 2026
Zaqatala rayonunda fındıq böyüklüyündə dolu yağdı
Zaqatala rayonunda güclü leysan yağışı və fındıq böyüklüyündə dolu yağışları müşahidə edildi.
Zaqatala rayonunda 22-23 oktyabr tarixlərində şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hakim oldu.
23 oktyabr axşam saatlarında bu hava şəraiti daha da artaraq rayon ərazisində bir saatdan artıq davam edən güclü leysan yağışı meydana gəldi.
Yağıntı nəticəsində dağ çaylarında suyun səviyyəsi artdı.
Yuxarı Tala kəndində isə təxminən 15 dəqiqə ərzində fındıq böyüklüyündə dolu yağıb.
Dolu şəxsi təsərrüfatlarda ağaclarda qalan alma, armud və digər meyvələrə ziyan vurdu; hava şəraiti hələ də qeyri-sabit qalır.
Mənbə: Axar.az — Azərbaycan