Azərbaycan · 3 oktyabr 2026

Zelenski: Putinin sözləri dünyanın zəifliyini göstərir

Helsinki Forumunda çıxış edən Volodimir Zelenski Vladimir Putinin Ukraynanın dövlətçiliyinə dair bəyanatlarının Kremlin əsl niyyətlərini aşkar etdiyini və bu cür açıqlamaların dayandırılmamasını dünyanın zəifliyi hesab etdiyini bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski Helsinki Təhlükəsizlik Forumunda Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın guya dövlətçiliyini itirməsi ilə bağlı bəyanatlarının Kremlin müharibə məqsədlərini üzə çıxardığını bildirib.

Zelenski Kreml rəhbərinin bu cür açıqlamalarının dayandırılmamasını qlobal səviyyədə zəiflik əlaməti kimi qiymətləndirib.

Prezident çıxışında Putinin 2005-ci ildə “XX əsrin ən böyük faciəsi” kimi Sovet İttifaqının dağılmasını qeyd etdiyini xatırladıb və bunun Kremlin niyyətləri barədə məlumat verdiyini vurğulayıb.

O həmçinin qeyd edib ki, Putin I və II dünya müharibələrini və Çernobildə baş verən fəlakəti ən böyük faciələr sırasına daxil etməyib, bu isə insanlıqla bağlı prioritetlərinin fərqli olduğunu göstərir.

Zelenski bundan çıxış edərək Putin məqsədinin Sovet İttifaqını bərpa etmək və Ukraynanın sadəcə şərqini və ya Donbası deyil, bütün dövlətini işğal etmək olduğunu bildirib.

Mənbə: Axar.az — Azərbaycan